27 fevral 2012 11:06
Elnur Allahverdiyev yığmadan kənarlaşdırıldı
Müdafiəçi Elnur Allahverdiyev futbol üzrə Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş təlim-məşq toplanışında iştirakını başa vurub. Azerisport.az xəbər verir ki, E.Allahverdiyev bu gün Bakıya qayıdacaq.
Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, “Xəzər Lənkəran”ın müdafiəçisi zədəli olduğu üçün yığmanın toplanışını erkən başa vurmalı olub.
