27 fevral 2012 11:22
Mahir Şükürov: Biz 3-4 ildi bunun üzərində çalışırıq
Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürov Hindistanla yoxlama matçı öncəsi azerisport.az saytının suallarını cavablandrıb.
- Dubay toplanışı necə gedir?
- Biz artıq beş gündü mütəmadi hazırlıq keçirik. Əsas odu ki, komandada xeyli sayda yeni və gənc futbolçu var. Onlar da bu toplanışdan yararlanaraq, yavaş-yavaş komandaya uyğunlaşırlar.
- Biz artıq beş gündü mütəmadi hazırlıq keçirik. Əsas odu ki, komandada xeyli sayda yeni və gənc futbolçu var. Onlar da bu toplanışdan yararlanaraq, yavaş-yavaş komandaya uyğunlaşırlar.
- Bu toplanışın məqsədi gəncləri sınamaqdı?
- Mənim fikrimcə, bu toplanışı bir növ seleksiya xarakteri daşıyır. Bunu elə heyətə baxdıqda da görmək mümkündü. Yeni futbolçular, gənclər çoxdu. Berti Foqts oyunlarda da onlara daha çox şans verməyə çalışır.
- Çempionatda cəmi iki oyuna çıxdıqdan sonra yenidən millinin düşərgəsinə gəlməli oldunuz. Bu, futbolçular üçün əlavə yük deyil ki?
- Mən hələ Antalya toplanışı zamanı da demişdim ki, oyunçular ola bilər məşqlərdən, oyunların çoxluğundan yorulsunlar. Amma bu, Azərbaycan yığmasıdı. Bizdə hələ də oyun təcrübəsinin azlığı hiss olunur. Bunu yaxşılaşdırmaq üçün hər şansdan istifadə etməliyik. Hindistanla qarşılaşma da bu baxımdan əla imkanlar yaradacaq.
- Son tsikldə olduğu kimi, Sinqapurla oyunda da son saniyələrdə qol buraxdıq. Nə baş verir? Niyə inkişaf yoxdu?
- Futbolçu nəinki 90 dəqiqəni, hətta ona əlavə olunmuş dəqiqələri də sona kimi oynamağa borcludu. Konsentrasiyanı itirməmək lazımdı. Qoldan az öncə uşaqlara dedim ki, dözmək lazımdı, arxayınlaşmamalı, qol buraxmamalıyıq. Amma məhs konsentrasiyanı itirməyimiz sonda qapımıza qolla nəticələndi.

- Nə əcəb komanda bunun üzərində qətiyyən işləmir?
- İşləyir. Biz artıq 3-4 ildi bunun üzərində çalışırıq. Amma istənilən halda səhvlər buraxırıq. Çox şey oyunçuların özündən asılıdı.
- İşləyir. Biz artıq 3-4 ildi bunun üzərində çalışırıq. Amma istənilən halda səhvlər buraxırıq. Çox şey oyunçuların özündən asılıdı.
- Bu, daha çox fiziki hazırlıqla əlaqədardı, yoxsa psixoloji?
- Bilirsiz, əgər futbolçu fiziki cəhətdən yorulursa, bu, onun psixologiyasına da təsirsiz ötüşmür. Hər şeyə hazır olmaq lazımdı. Hər halda qarşıda səhvlərimizi düzəltmək üçün yenə şans var. Hindistanla oyunda qələbə qazanmalıyıq.