27 fevral 2012 12:50
Neftçinin hücumçusu Cənubi Koreya yığmasına qarşı oynadı
"Neftçi"nin hücumçusu Bahodir Nasimov şərəfini qoruduğu Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Cənubi Koreya yığması ilə qarşılaşmada Nasimov əvəzlənmədən, 90 dəqiqə meydanda olub.
Görüş Cənubi Koreya seçməsinin 4-2 hesablı qələbəsi ilə başa çatıb. Nasimov fərqlənə bilməyib.
