27 fevral 2012 00:52
Azərbaycanın BƏƏ-dəki səfirliyi yığmamızın Dubay toplanışından xəbərsizdi
Futbol üzrə Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışında 5-ci günü arxada qoydu. Azerisport.az xəbər verir ki, geridə qalan günlərdə millimiz hər gün ən azı bir məşqə çıxıb.
Bundan əlavə komandamız bir dəfə yoxlama matçı da keçirib. Belə ki, futbolçularımız Sinqapurla sınaq matçında 2:2 hesablı heç-heçəyə razılaşıblar.
Lakin nə qədər maraqlı olsa da, Azərbaycanın BƏƏ-dəki səfirliyi yığmamızın Dubaydakı toplanışından xəbərsizdi. Onlar bu barədə Dubaya ezam olunmuş azərbaycanlı idman jurnalistlərindən xəbər tutublar. Hansı ki, onlar Xocalı soyqırımının qurbanlarını yad etmək üçün səfirliyə baş çəkiblər.
