28 fevral 2012 13:08
AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan birinci divizionunun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakılı” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Asif Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Karvan” – “Göyəzən” matçının 70-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Qoşqar Sarıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“MKT-Araz” – MOİK matçında “MKT-Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “MKT-Araz”ın futbolçusu Söhrab Məmmədzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Şuşa” – “Muğan” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 49-cu dəqiqəsində “Muğan”ın futbolçusu Nicat Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
