28 fevral 2012 01:14
Rəşad Sadıqov: Siqaret və alkoqolsuz daha yaxşı olardı
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov millimizin 5 futbolçusunun cəzalandırılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, daxili nizam-intizam qaydalarını pozan oyunçularla bağlı bunları dilə gətirib:
“Bununla bağlı komanda daxili iclas oldu. Lakin bu toplantının mahiyyətinin kollektiv içində qalmasını içərdim. Mən heç nə demədim. Həmin gün istirahət edirdik. Hamının şəhərə gəzməyə çıxmaq imkanı var idi. Bu oyunçular oteldə gecə saat 2-3-də olublar. Onlar səhərə qədər gəzməyiblər - sadəcə öz istirahətlərini belə keçirməyi qərara alıblar. Bəli, orada xoşagəlməz anlar olub, ancaq uşaqlar heç kimə hörmətsizlik göstərməyiblər. Əlbəttə, siqaret və alkoqolsuz daha yaxşı olardı”.