28 fevral 2012 01:27
“Portuqaliya yığması bunu bizə bağışlamayacaq”
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Hindistanla yoxlama matçında onu narazı salan məqamlara toxunub. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamızın ələ düşən imkanları boşa verməsi mənim xoşuma gəlmir. Çünki Portuqaliya yığması bunları bizə bağışlamayacaq. Belə oyunlarda ələ düşən hər imkandan maksimum yararlanmaq lazım gələcək. Daha düşünməyəcəksən ki, bunu vurmadım, o birini vuraram”.