28 fevral 2012 13:43
AFFA 2 kluba texniki məğlubiyyət verdi
İki komanda futzal üzrə Azərbaycan Kubokunun oyunlarına çıxmayıb. Azerisport.az xəbər verir ki, bu səbəbdən AFFA İntizam Komitəsi 3 oyuna görə komandalara texniki məğlubiyyət verib.
Belə ki, “Qala” – “Veqa” oyununda “Veqa”, “Azecolab” – “Baku Fire” matçında “Azekolab”, “Veqa” – “Azecolab” görüşündə isə heç bir komanda iştirak etməyib. Bu səbəbdən “Veqa” və “Azecolab”un hərəsinə iki 0:5 hesablı texniki məğlubiyyət verilib.
