28 fevral 2012 14:47
Andrey Popoviç: Bunda günahkar mənəm
Futbol üzrə yığma komandamızın qapıçısı Andrey Popoviç Dubay toplanışı çərçivəsində Sinqapurla oyundan sonra bir neçə komanda yoldaşı ilə birlikdə əlində siqaret və içki ilə çəkilmiş fotoların yayılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu şəkillərin yayılmasında günahkar özüməm. Ona görə ki, həmin fotonu sosial şəbəkələrin birində öz səhifəmdə yerləşdirdim. Komanda yoldaşlarıma görə çox təəssüf hissi keçirirəm. Mən artıq bu məsələyə görə onlardan üzr istəmişəm. Baş məşqçi də haqlı olaraq bizi cəzalandırdı. Ümid edirəm ki, bu məsələ artıq qapanacaq. Daha bu mövzuya toxunmaq istəmirəm”.
Qeyd edək ki, Berti Foqtsun cəzalandırdığı futbolçular yığmanın milliləşdirilmiş əcnəbiləridi: Vladimir Levin (“İnter”), Branimir Subaşiç (“Xəzər Lənkəran”), Ufuk Budak (“Freiburg”, Almaniya), Aleksandr Çertoqanov (“Qəbələ”) və Andrey Popoviç (“Sumqayıt”). Buna sözügedən futbolçuların daxili nizam-intizamı pozması səbəb olub.
