28 fevral 2012 15:35
UEFA yığmamızın üzvünü diskvalifikasiya edə bilər
Futzal üzrə Azərbaycan yığmasının liderlərindən olan Rizvan Fərzəliyev UEFA tərəfindən diskvalifikasiya oluna bilər. Azerisport.az xəbər verir ki, buna sözügedən oyunçumuzun AÇ-2012-nin Serbiya ilə oyunundan (8:9) sonra UEFA-nın fotoqrafına qarşı xoşagəlməz münasibəti səbəb göstərilir.
Avropa futbol qurumunun rəsmiləri artıq bu olayla bağlı həmin matçın protokolunda da qeydlər aparıblar. UEFA bu məsələ ilə bağlı qərarını martın əvvəlində açıqlayacaq.
Sonda onu da qeyd edək ki, Fərzəliyevin günahı sübuta yetirilsə, onun beş oyuna qədər diskvalifikasiya olunması gözlənilir.
