28 fevral 2012 15:57
Millimizin Fələstinlə matçının hakimləri
Fevralın 29-da, saat 17:30-da, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda Azərbaycan və Fələstin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan hakimlər idarə edəcək.
Onların siyahısı ilə sizi də tanış edirik:
Baş hakim: Əli Həmad
Baş hakimin köməkçiləri: Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah
Dördüncü hakim: Yaqup Qasem
