28 fevral 2012 17:37
Sadıqov Türkiyə klubundan martın 10-na kimi vaxt istədi
Türkiyənin “Erzurum Büyükşehir Belediyespor” klubu futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqova dəvət göndərib. Azerisport.az saytına müsahibəsində bu barədə təcrübəli mütəxəssis özü məlumat verib.
Qardaş ölkə təmsilçisi həmyerlimizə birbaşa müqavilə təklif edib. Lakin Sadıqov 3-cü liqada çıxış edən erzurumluların təklifini dəyərləndirmək üçün vaxt istəyib:
“Onlar istəyirdilər ki, mən bu təklifə dərhal cavab verim. Lakin mən xahiş etdim ki, fikirləşmək üçün martın 10-na kimi vaxt versinlər. Ondan sonra mən öz cavabımı verə biləcəm. Çünki hazırda başa çatdırılması lazım olan işlərim var. Ona görə Türkiyə variantını qiymətləndirmək mənə çətindi. Hər halda ölkə xaricində çalışmaq həmişə maraqlıdı”.