28 fevral 2012 18:16
Qurban Qurbanovsuz Qarabağ Dalğa Arenada
“Qarabağ” AZAL-la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, martın 3-də “təyyarəçilər”i qəbul edəcək komanda gündə bir dəfə məşq keçməklə oyuna hazırlaşır.
9 futbolçusu fərqli millilərə getdiyindən komanda tam heyətlə hazırlaşa bilmir. Vətənində müalicə alan Nderim Nedzipi artıq komandaya qoşulub. Komandanın bugünki çalışması Mərdəkandakı “Dalğa Arena”da baş tutub.
Bu gün həm də baş məşqçi Qurban Qurbanov Azərbaycanla Fələstin arasında baş tutacaq yoxlama oyununu izləmək üçün Dubaya yollanıb. Onun olmayacağı 2 gün ərzində komandaya Elçin Rəhmanov nəzarət edəcək.
