28 fevral 2012 19:55
Sergey Yuran: Mənim rəhbərliklə heç bir problemim yoxdu
“Simurq”un baş məşqçisi Sergey Yuran Zaqatala klubu ilə yollarını ayıracağı barədə yayılan şayiələrə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən “Simurq”dayam və komandamı “Kəpəz”lə oyuna hazırlaşdırıram. Rəhbərliklə heç bir problemim yoxdu. Yayılan xəbərlərdən fərqli olaraq, komandada qalacağam. Bu şayiələrin hardan yarandığını başa düşmürəm”.