28 fevral 2012 22:00
Berti Foqts klubların baş məşqçiləri ilə görüş keçirdi (FOTOLAR)
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts millimizin təlim-məşq toplanışı və yoldaşlıq oyunlarını izləmək üçün BƏƏ-yə getmiş Premyer Liqa klublarının çalışdırıcıları ilə görüşüb. Azerisport.az xəbər verir ki, millinin baş məşqçisinin köməkçisi Nazim Süleymanov, baş məşqçilər – Fuad İsmayılov («Kəpəz»), Qurban Qurbanov («Qarabağ»), Bəhmən Həsənov («Rəvan»), Rafiq Mirzəyev (AZAL), Cüneyt Biçər («Xəzər Lənkəran»), Kaxaber Tsxadadze («İnter») və Bernard Raabın («Sumqayıt») iştirak etdiyi görüşdə milli komandanın və klublarımızın məşq prosesi, futbolçuların hazırlıq səviyyəsi, ümumilikdə, Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
