28 fevral 2012 11:25
Kamran Ağayev: Yenə qalmaqal iştirakçısı olmaq istəmirəm
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində komandamızın Hindistan üzərindəki qələbəsindən (3:0) danışıb.
- Qələbə münasibətilə sizi təbrik edirik. Sizcə, rəqibini zəif olmasına görə buna dəyirmi?
- Zəif?
- Yaxşı, o qədər də güclü olmayan...
- Yaxşı, o qədər də güclü olmayan...
- Bizim üçün zəif rəqib yoxdu. Sadəcə, ağıllı oynayan və bunu bacarmayanlar var. Hamı meydana qələbə qazanmaq üçün çıxır. Bu dəfə bizdə buna nail olmaq mümkün oldu. Ona görə şadıq. Siz düşünürsüz ki, biz ancaq güclü rəqiblərə uduzuruq?
- Məgər belə deyil?
- Xeyr, biz ona görə uduzuruq ki, zəif oynayırıq. Bu gün isə biz daha yaxşı oynadıq. Buna görə sizin təbriklərinizi də haqq edirik. Hər halda bu nə bizim, nə də sizin yox, xalqımızın qələbəsidi. Bütün digər qələbələrimiz kimi.
- Bu, aydındı. Amma siz bu gün qapıda çox darıxırdız...
- Belə oyunlar da olur. Qapı qarşısında iki-üç qol vəziyyəti yaradırlar. Həmin anlarda da özünü göstərməyin vacibdi.
- Son oyunda çıxış etməsəz də, bu dəfəki matçda özünüzü göstərməyi bacardınız...
- İdmançıda zədə olmayanda, hər şey daha yaxşı olur. Onda daha yaxşı oyun göstərmək imkanına malik olursan. Zədəm yavaş-yavaş arxada qalır. Lakin məlum psixoloji problemlər qalmaqdadı. Bunlardan çox danışmaq olar. Xüsusilə də futboldan kənar məqamlardan. Mən özümün bu oyunda necə göründüyümə dair nəsə deyə bilmərəm.
- Sinqapurla müqayisədə Hindistana qarşı daha yaxşı oynadığımızla razısız?
- Mən ilk oyunda pis oynadığımızı deməzdim. Sadəcə, həmin oyunda ələ düşən imkanlardan yararlana bilməmişdik. Başqa amillər də var: məsələn, oyuna köklənmə. Rəqibi heç vaxt zəif qiymətləndirmək olmaz. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, hamı Azərbaycanı təmsil etdiyini düşünməlidi. İkinci oyuna daha yaxşı köklənmişdik. Hamı oyuna daha ciddi yanaşdı və sonda da lazımı nəticəni qazandıq.

- Yəni sizi bu oyunda narahat edən məqamlar olmadı?
- Komandamızın ələ düşən imkanları boşa verməsi mənim xoşuma gəlmir. Çünki Portuqaliya yığması bunları bizə bağışlamayacaq. Belə oyunlarda ələ düşən hər imkandan maksimum yararlanmaq lazım gələcək. Daha düşünməyəcəksən ki, bunu vurmadım, o birini vuraram

- Yığmadakı şəkil qalmaqalı ilə bağlı nə düşünürsüz?
- Mən bu hadisə ilə bağlı heç nəyə şərh vermək istəmirəm. Yenidən qalmaqal iştirakçısı olmaq istəmirəm.
- Mən bu hadisə ilə bağlı heç nəyə şərh vermək istəmirəm. Yenidən qalmaqal iştirakçısı olmaq istəmirəm.
- Yəni bunu özünüz də hiss edirsiz?
- Bəli, məndə hərdən xoşagəlməz anlar olur. Məsələn, hərdən zədə alırsan, oynaya bilmirsən. Amma sənin haqqında danışırlar ki, qəsdən oynamırsan. Tanımadığın insanlar zəng edir, xoşagəlməz sözlər danışırlar. Belələrini başa düşə bilmirəm.