28 fevral 2012 11:34
Dubayda milli ilə birgə şam yeməyi
Fevralın 27-də keçirilmiş Azərbaycan – Hindistan oyunundan sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan Premyer Liqa klublarının baş məşqçiləri və mətbuat nümayəndələri Azərbaycan milli komandası ilə birgə şam yeməyində iştirak ediblər. Azerisport.az xəbər verir ki, millinin baş məşqçisi Berti Foqts klub məşqçiləri və jurnalistlərlə toplanış barədə ətraflı məlumat verib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Premyer Liqa klublarının baş məşqçiləri Rafiq Mirzəyev (AZAL), Fuad İsmayılov («Kəpəz»), Bernard Raab («Sumqayıt») və Cüneyt Biçər («Xəzər Lənkəran») hazırda Dubay şəhərindədi. Qurban Qurbanov («Qarabağ»), Bəhmən Həsənov («Muğan») və Kaxaber Tsxadadze də («İnter») millinin təlim-məşq toplanışını və Fələstin yığması ilə yoldaşlıq oyununu izləmək üçün bu gün Dubay şəhərinə gedəcək.
