28 fevral 2012 11:57

“Çalışmalıyıq ki, layiqli oyunumuzla onları sevindirək”

Azerisport.az sizi “Bakı”nın əsas komandasında debüt edən 18 yaşlı hücumçu Tural Qürbətovun müsahibəsi ilə tanış edir.
 
- Tural, öncə futbola gəlişin barədə danışardın...
- Uşaqlıqda futbola çox böyük həvəsim var idi və həyətdə uşaqlarla futbol oynamağı çox sevirdim. Helə oldu ki, bir dostum oyunumu görüb,  məni o vaxt “Şəfa” klubunun aşağı yaş qrup komandasına yazdırdı və 5 ay orada  oynadım.  2004-ci ildə  “Azəri” klubuna keçdim.
 
- Necə oldu ki, “Bakı” klubuna gəldin?
- 2008-ci ildə “Azəri” klubu dağılandan sonra “Bakı” U-17 komandasının çalışdırıcısı Məqsəd Yaqubəliyev məni  bura cəlb etdi. Onun rəhbərliyi altında bir müddət oynadıqdan sonra Nazim Suleymanov məni əvəzedici heyətə dəvət etdi. Sonradan isə bu vəzifəyə Qəhrəman Əliyev təyin olundu və biz əvəzedicilər arasında Azərbaycan çempionu adını qazandıq.
 
- Bundan sonra əsas heyətə cəlb olundun...
- Bəli, çempion olduqdan sonra əsas heyətə beş futbolçu cəlb olundu və bu beş futbolçu arasında mənim də adım var idi.
 
- Sənin üçün əsas heyətdə çıxış etmək necə hisslərlə yadda qalır?
- Əlbəttə bu çox sevindirici bir haldır, hər bir gənc  futbolçunun arzusudur ki, əsas heyətdə çıxış etsin. Bu bizim üçün bir fürsətdir, öz növbəmizdə çalışmalıyıq ki, bu fürsətdən maksimum yararlanaq və özümüzü yaxşı tərəfdən göstərək və  Azərbaycan futboluna xidmət edək.
 
- Bəs, milli komandaya necə dəvət aldın?
- Bəli, keçən il məni Azərbaycanın U-19 milli komandasına çağırdılar və Avropa çempionatında iştirak etdim. Millinin heyətində çıxış etmək mənim üçün böyük şərəfdir.
 
- Antalyada “Bakı”nın qış təlim-məşq toplanışında iştirak etmisən...
- Qış hazırlığı çox yaxşı keçdi. Bizə klub rəhbərliyi tərəfindən hər bir şərait yaradılmışdı. Antaliyada beş yoxlama oyunu keçirdik. Bu oyunlarda baş məşqçimiz Aleksandr Starkov biz gənclərədə şans verdi.  Məğlub olsaq da,əvəzsiz təcrübə qazandıq.
 
- “Simurq”la oyunda baş məşqçi sənə ilk dəfə etimad göstərdi, bu oyun necə yadda qalıb?
- Çox sevinirəm ki, baş məşqçi bu oyunda məni meydana buraxdı. Çalışdım ki, bunun təsadüf olmadığını sübut edim. Oyun çox maraqlı keçdi və sonda gülən tərəf biz olduq. Sevinirəm ki, debüt oyunumda komandamız qələbə qazandı.
 
- Növbəti turda “İnter” lə qarşılaşacaqsınız. Komandanın hazırlığı necə keçir və bu oyunda meydana çıxmaq şansın varmı?
- “İnter” klubu Azərbaycanın ən güclü klublarından biridir və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Biz bu oyuna çox ciddi hazırlaşırıq və meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.  Əgər baş məşqçimiz mənim oynamağımı məsləhət bilsə, çalışacağam ki, bu etimadı doğruldum. Başda Hafiz Məmmədov olmaqla klub rəhbərliyinə gənc futbolçulara dəstəyə və ən yüksək şəraət yaratdıqlarına görə minnətdarlığımızı bildirirəm. Biz də öz növbəmizdə çalışmalıyıq ki, layiqli oyunumuzla onları sevindirək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.