28 fevral 2012 12:14
Yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək
17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 2-də və 4-də, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Hər iki qarşılaşma saat 14:00-da başlayacaq.
