28 fevral 2012 12:31

Premyer Liqada 691 cüt: Qarşıdurmaların tarixindən 10 fakt

2012-ci ildən başlayaraq Peşəkar Futbol Liqasının rəsmi saytı çempionat oyunlarında üz-üzə gələn klublar arasında oyunların balansını təqdim edir. Azerisport.az xəbər verir ki, Azərbaycanın futbol üzrə 20 çempionatındakı bu qarşılaşmaların balansı bir sıra maraqlı məqamları üzə çıxarır.
 
691 cüt. İndiyə qədər Azərbaycan çempionatları tarixində 691 müxtəlif cüt üz-üzə gəlib. Lakin bunların 27-ü yalnız texniki nəticələrlə tarixdə qalıb. Digər 664 cüt isə ən azı 1 dəfə yaşıl meydanda münasibətlərini ayırd edib.
 
Əbədi cütlər. Bütün çempionatların iştirakçısı olan “Neftçi”, “Qarabağ” və “Turan”ın iştirakı ilə olan 3 cütdən 2-sinə hər çempionatda təsadüf olunub. Bunlar “Neftçi” – “Turan” və “Qarabağ” – “Turan” cütləridi. “Neftçi” ilə “Qarabağ” ayrı qruplara düşdükləri üçün 1993-cü il mövsümündə üz-üzə gəlməyiblər.
 
46 duel. Ən çox qarşılaşan komandalar da “Neftçi” və “Qarabağ”dı. Onlar təkcə çempionatda 46 dəfə görüşüblər.
 
23 qələbə. Eyni rəqibi ən çox məğlub edən komanda “Neftçi”di. Bakılılar “Turan”ı rekord sayda – 23 dəfə məğlub edib. Eyni məntiqlə bir rəqibə ən çox uduzan da “Turan”dır
 
19 “sülh”. Hamıdan çox heç-heçə edən komandalar “Neftçi” və “Qarabağ”dı. Əzəli rəqiblər 19 çempionat oyununda “sülh” bağlayıblar.
 
Barışmaz rəqiblər. Heç vaxt heç-heçə etməyib daha çox qarşılaşan cütlük isə “Qarabağ”la Sumqayıt “Xəzər”idi. Rəqiblər 19 dəfə görüşsə də, heç-heçə üzü görməyiblər. Bu oyunlarda 16 dəfə “Qarabağ”,  3 dəfə “Xəzər” sevinib.
 
“Kabus”. Eyni rəqibə daha çox matçda uduzmayan komanda “Kəpəz”di. Gəncə təmsilçisi MOİK üçün əsl “kabus”du. Belə ki, rəqiblər arasında 22 oyunda 5 heç-heçə olubsa, digərlərində gəncəlilər sevinib.
 
63 qol. Bir rəqibin qapısına rekord sayda qol vuran komanda “Neftçi”di. Bakılılar “Turan”ın qapısına 63 qol vurublar.
 
100-ə nə qaldı… “Neftçi” – “Turan” və “Qarabağ” – “Turan” duellərində 95 qol vurulub. Texniki nəticələrə görə hesablanan qollar nəzərə alınmasa “Neftçi” 63:32, “Qarabağ” isə 55:40 hesabı ilə tovuzluları üstələyir.
 
44 top fərqi. Balansdakı ən böyük top fərqi “Kəpəz” – MOİK oyunlarına aiddi. Həmin qarşılaşmalarda gəncəlilər 44 top fərqilə öndədi – 53:9.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.