28 fevral 2012 12:53

AFFA Dario Şimiçi Bakıya gətirir

Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda təşkil olunacaq FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə dünya futbolunun tanınmış simalarından biri, xorvatiyalı veteran futbolçu Dario Şimiç martın 2-də Bakıya gələcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Məlumatda bildirilir ki, martın 4-dək davam edəcək səfər çərçivəsində D.Şimiç 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da gürcüstanlı həmyaşıdları ilə keçirəcəyi yoldaşlıq oyunlarını izləyəcək.
 
Qeyd edək ki, futbolçu karyerası ərzində Dario Şimiç bir çox uğurlara nail olub. 1992-1998-ci illər ərzində Xorvatiyanın «Dinamo» (Zaqreb) klubunda çıxış edən D.Şimiç 5 dəfə Xorvatiya çempionu, 4 dəfə ölkə kuboku tituluna yiyələnib. 1998-ci ildə İtaliyanın «İnter» klubuna keçən Dario burada 4 il çıxış edib. 2002-ci ildə «Milan»a transfer olunan Şimiç 2008-ci ilədək «rossonyeri»lərin idman şərəfini qoruyub. Futbolçu 2008-2010-cu illər ərzində Fransanın «Monako» klubunda oynayıb. Şimiç 1 dəfə İtaliya çempionu olub, 1 dəfə İtaliya kubokunun qalibi adını qazanıb, 1 dəfə isə İtaliya Superkubokunu başı üzərinə qaldırıb. Beynəlxalq klub turnirlərində Dario 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Superkubokunun, 1 dəfə isə Klublararası dünya çempionatının qalibi olub. 1996-cı ildən 2008-ci ilədək Xorvatiya milli komandasının heyətində çıxış edən Dario Şimiç 1998-ci ildə Fransada keçirilən dünya çempionatında üçüncü yeri tutub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.