29 fevral 2012 13:01
Məşqçilərimiz UEFA üçün imtahan verəcəklər
Martın 5-dən 9-dək AFFA nın Futbol Akademiyasında AFFA tərəfindən UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının imtahanlarının birinci mərhələsi – praktikanın qiymətləndirməsi – keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, kurslara Erik Rütemöller (Almaniya) və Dani Rayser (İsveçrə) rəhbərlik edəcək.
