29 fevral 2012 13:36
Bernard Lippert: Onlar əla fiziki formadadılar
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək İslandiya ilə oyun öncəsi azerisport.az saytının sullarını cavablandırıb. Almaniyalı mütəxəssis doğma divarlar arasında keçiriləcək vacib oyun ərəfəsində öncə bunları dilə gətirib:
“İslandiya əsl Avropa futbolu oynayır, onlar atletik futbola üstünlük verirlər. Rəqibimiz texniki cəhətdən də yaxşı hazırlıqlıdılar. Ona görə də mən hardasa onların indiyə kimi cəmi 3 xal toplamasına təəccüblənirəm. İslandlar İngiltərə ilə oyunda çox yaxşı təsir bağışlamışdılar. Baxmayaraq ki, 0:3 hesabıyla məğlub oldular. Əvəzində Belçikanı məğlub etdilər (2:1). Ötən mövsüm bu komanda AÇ-nin filan mərhələsinə vəsiqə qazanmışdı. Odu ki, islandlarda təcrübə kifayət qədərdi”.

Komandamızdan danışarkən, Lippert bəzi problemlərinin olduğunu gizlətmir: “İslandiya ilə oyun öncəsi biz hücum xəttində bəzi problemlərlə üzləşdik. Hazırda təmiz mərkəz hücumçumuz yoxdu. Məlum olduğu kimi, Cihan Özkara əsas yığmanın düşərgəsinə çağırılıb. Onunla yanaşı Rizvan Umarov da əsas millidədi. Ona görə də bu baxımdan çətinlik çəkirik”.
Lakin almaniyalı mütəxəssis onları əvəz edəcək futbolçuların olduğunu deyir: “Fikrimcə, biz hücumçu kimi Cavid İmamverdiyevi, Tural İsgəndərovu, Orxan Həsənovu da oynada bilərik. Düzdü, ola bilər bu hücumçular klublarında o qədər də çox qol vurmurlar. Amma bunu bacaran futbolçu da yoxdu. Elə birisi varsa, göstərin. Təəssüf ki, Azərbaycanda bizə lazım olan yaşda hücumçu yoxdu. Bu da şübhəsiz ki, çox ciddi problemdi. Biz hələ inkişaf yolunun başındayıq. Ona görə də bu, təəccüblü olmamalıdı”.
Lippertin sözlərinə görə, İslandiya ilə oyun prinsipial xarakter daşıyır: “Bu, prinsipial oyundu. Son 10 ildə ilk dəfə yığmamızın tsikli sonuncu pillədə başa vurmamaq şansı var. Mən öz yetirmələrimə inanıram. Hesab edirəm ki, biz turnir cədvəlinin son pilləsini tərk etməyi bacaracağıq”.
Baş məşqçi yığmanın düşərgəsinə bir qədər gec qoşulan Türkiyənin “Erciyesspor” klubunun yarımmüdafiəçisi Amit Quluzadə, Yunanıstanın “Panionios” klubunda çıxış edən Araz Abdullayev və Almaniyanın “Hannover” klubundan dəvət olunan Əli Gökdəmirin də durumuna toxunub: “Gökdemir barədə heç nə deyə bilmərəm. O, cəmi bir gündü komandaya qoşulub. Amma Amit, xüsusilə də Araz hazırda əla fiziki formadadılar. Döyüşə tam hazırdılar”.