29 fevral 2012 19:50

Azərbaycan yığması ilk qələbəsini qazandı (YENİLƏNİB)

Bu gün futbol üzrə gənclər arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da öz qrupunda sayca beşinci matçına çıxıb.
 
Belə ki, Bernard Lippertin çalışdırdığı komandamız doğma divarlar arasında İslandiyanı qəbul edib. “Dalğa Arena”da keçirilən görüşdə futbolçularımız ilk qələbələrini qazanıblar.
 
Qeyd edək ki, buna qədər yığmamız 4 oyun keçirmişdi ki, onlardan yalnız birində heç-heçəyə nail olduğumuz halda, qalanlarında məğlub olmuşduq. İlk iki oyununu səfərdə keçirən millimiz ardıcıl olaraq İngiltərəyə (0:6) və Belçikaya (1:4) uduzmuşdu. Daha sonra isə evdə Norveçə (0:2) yenilən futbolçularımız yalnız sonuncu Belçika ilə ev oyununda 2:2 hesablı heç-heçəyə nail olmuşdular.
 
İslandiya ilə oyun isə komandamızın 2012-ci ildəki ilk sınağıydı. Millimiz tsikldəki ilk qələbəsini qazanmaqla həm də ilə yaxşı start vermiş oldu. Azərbaycan yığması eyni zamanda qrupundakı sonuncu pillədən də yaxa qurtardı.
 
Bu gün qrupumuzda həmçinin 1-3-cü yerlərin sahibləri – İngiltərə və Belçika qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
29 fevral
 
Azərbaycan – İslandiya - 1:0 (1:0)
Hakimlər: Baş hakim: Emir Aletskoviç, Momir Sirko (hər ikisi Bosniya və Herseqovina), Dmitri Mosyakin (Rusiya), Darko Obradoviç (Bosniya və Herseqovina).
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Bakı. “Dalğa Arena”.
 
AZƏRBAYCAN: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Elvin Yunuszadə, 6. Mirhüseyn Seyidov (k), 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 17. Cavid İmamverdiyev, 10. Eşqin Quliyev, 15. Amit Quluzadə, 13. Əli Gökdemir.
Ehtiyat oyunçular: 12. Osman Umarov, 5. Novruz Məmmədov, 8. Emin Mustafayev, 16. Ruslan Tağızadə, 23. Tural İsgəndərov, 19. Abdulla Abatsiyev, 21. Rəhman Hacıyev.
Baş məşqçi: Bernard Lippert.
İSLANDİYA: 1.Asqeyr Tor Maqnusson, 2. Finnur Orri Marqeyrsson, 3. Holmar Örn Eyyolfsson (k), 4. Yohan Laxdal, 5. Torarinn İnqi Valdimarsson, 6. Eqil Yonsson, 7. Con Dadi Bodvarsson, 8. Margiersson Finnor Orri, 9. Byorn Daniel Sverrisson, 10. Aron Yohansson, 11. Dofri Snorrason.
Ehtiyat oyunçular: 12. Arnar Petursson, 13. Atli Siquronsson, 14. Qudmundur Torarinsson, 15. Runar Mar Siqurnsson, 17. Byurnar Hauti Qudyonnson, 18. Ami Olaffson, 16. Torsteyn-Mar Raqnarsson, 
Baş məşqçi: Tomas Tomasson.
 
Oyun başladı
8. Eqil Yonssonun zərbəsi zamanı komandamızın qapıçısı yaxşı oynayır
9. Bodvarssonun zərbəsi qapıdan aralı keçir
10. Komandamız ilk dəqiqələrdən çoxlu qayda pozuntularına yol verirlər
13. Orxanın qapıya zərbəsini qolkiper dəf edir
14. Yohanssonun qol vurmaq cəhdinin qarşısını Ağayev alır
15. Yığmamızın iki dəfə ardıcıl kornerdən fərqlənmək cəhdi alınmır
17. Eşqinin zərbəsi qapıdan aralı keçir
21. Bodvarssonun zərbəsini qapıçımız tutur
24. Orxanın zərbəsi komandamıza korner qazandırır
24. Arazın künc nöqtəsindən göndərdiyi topu Orxan qolla tamamlaya bilmir
25. Komandamız daha bir korneri boşa verir
30. Orxan Həsənov sarı vərəqə ilə cəzalanır
33. Həsənəovun zərbəsi rəqib oyunçuya dəyir
38. İmamverdiyev ofsayda düşür
40. Komandamız təhlükəli hücumlar qurmaqda çətinlik çəkir
41. Əli Gökdemir cərimə zərbəsindən gözəl qolla yığmamızı hesabda önə keçirir - 1:0
43. Seyidovun zərbəsi qapıdan yan keçir
44. Qonaqların kornerdən fərqlənmək istəyi alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Orxanın zərbəsi qapıdan yan keçir
54. Arazın zərbəsi dəqiq alınmır
55. Araz Abdullayevə qola sevinməyə qapıçı mane olur
57. Araz sarı vərəqə alır
60. Valdimarssonun zərbəsini Ağayev dəf edir
61. Eqil Yonsson yerini Qudmundur Torarinssona verir
64. Yığmamız kornerdən yaxşı yararlanmır
69. Seyidovun zərbəsi qapıya düşmür
70. Orxanı Tural İsgəndərov əvəzləyir
71. Amiti Abdulla Abatsiyev əvəzləyir
73. Araz qapıya dəqiq zərbə vura bilmir
74. Laxdal Torsteyn-Mar Raqnarssonla əvəzlənir
76. Komandamız daha bir korner yerinə yetirir: nəticəsizdi
77. Bodvarsson sarı vərəqə alır
79. Abotsiyevin zərbəsi qapıdan yan keçir
83. Turalın qapıya zərbəsini qapıçı dəf edir
89. Seyidovun zərbəsi qapıdan aralı keçir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Cavid İmamverdiyev yerini Emin Mustafayevə verir
Matç başa çatdı
 
1. İngiltərə
5
4
0
1
17-3
12
2. Belçika
5
2
2
1
11-8
8
3. Norveç
4
2
1
1
7-4
7
4. Azərbaycan
5
1
1
3
4-14
4
5. İslandiya
5
1
0
4
2-12
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.