29 fevral 2012 13:51
Ramin Musayev: Limit azalmayacaq, komandalar artmayacaq
Premyer Liqada 2012-2013-cü il mövsümündə də legioner limiti dəyişməyəcək. Azerisport.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, ötən ay AFFA İcraiyyə Komitəsinin baş tutmayan iclasının gündəliyindəki 7+4 (7 əcnəbi və 1-i 21 yaşadək olmaqla 4 yerli futbolçu) legioner limiti yaxın vaxtlarda müzakirə olunmayacaq. Bununla yanaşı, Musayev Premyer Liqada komandaların sayının I divizionda ilk 4 yeri tutanlar hesabına 16-ya çatdırılacağı barədə xəbərləri də təkzib edib.
lent.az
