29 fevral 2012 14:29
Bakının forvardı özünə yeni klub tapdı
“Bakı”nın sabiq hücumçusu Ruslan Leviqa özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını Ukraynada davam etdirəcək.
Belə ki, təcrübəli hücumçu “Olimpik”lə anlaşıb. Donetsk klubu artıq “zolaqlılar”ın hücumçusu ilə müqavilə də imzalayıb.
Qeyd edək ki, Ruslan Leviqa bu qış baş məşqçi Aleksandr Starkovun istəyinə uyğun olaraq, transferə çıxarılmışdı.
