29 fevral 2012 15:21

“Karyeramda ilk dəfə belə halla Azərbaycanda rastlaşdım”

Premyer Liqanın 21-ci turunun "Simurq" - "Bakı" (0:2) qarşılaşmasının ikinci hissəsidə ardıcıl iki sarı və nəticədə qırmızı vərəqə alaraq meydanı tərk edən Mario Luis Horvat bununla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Horvat bu haqda belə danışıb:
 
"Səfər oyunumuz maraqlı alındı. "Simurq" güclü komandadır və biz bunu oyunun ilk dəqiqələrindən hiss etdik. Qarşılaşmanın əvvəlində hesabı açmağımız işimizə yaradı. Sonadək üstünlüyü əldən vermədik və ikinci qolu vuraraq inamlı qələbə qazandıq".
 
Oyunun hakimi tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk etmək məcburiyyətində qalan futbolçu buna da münasibət bildirib: "İlk halda 100% sarı vərəqəlik qayda pozuntusuna yol verdim. Ancaq ikinci epizodda nəyə görə cəzalandırıldığımı başa düşmədim. Mən xasiyyətcə intizamlı futbolçuyam. Komandamızı azlıqda qoyduğum üçün üzgünəm. Bununla belə, bir daha təkrar edirəm ki, qırmızı vərəq almağım çox gözlənilməz oldu. Mən həyatımda ilk dəfə idi ki, qırmızı vərəqə alaraq meydanı tərk edirdim. Karyeram ərzində ilk dəfə belə halla Azərbaycanda rastlaşdım. Yaxşı ki, bu oyunda qalib gəldik. Yoxsa, bunu özümə bağışlamazdım".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.