29 fevral 2012 16:07
Vidadi Rzayev: Onları yığmadan kənarlaşdırmaq lazımdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvlərindən Vidadi Rzayev azerisport.az saytına müsahibəsində millimizin Sinqapur (2:2) və Hindistanla (3:0) oyunlarından, eləcə də bu gün keçiriləcək Fələstinlə görüşdən danışıb.
- Azərbaycan yığmasının Sinqapur və Hindistanla oyunlarını necə dəyərləndirərdiz?
- Bu komandalar elə də güclü rəqib deyildi. Ona görə də yığmamızın öz oyununu tapdığını demək olmaz. Sinqapurla oyunun fraqmentlərini izləmişəm. AFFA-nın rəqib seçimini çox uğursuz hesab edirəm. Sinqapurla, Hindistanla oyunlar bizə heç nə vermir. Hindistanda ümumiyyətlə son dövrlərə kimi futbol olmayıb. Ondansa yığma elə Bakıda qalıb, “Neftçi” ilə qarşılaşardı. “Neftçi” Hindistan yığmasından daha güclüdü.

- Qarşıda Fələstinlə daha bir oyunumuz var...
- Bu komandanın da oyununu görməmişəm. Mənə də maraqlıdı, görəsən, bizim məşqçilər onların oyununu izləyibmi? Belə rəqiblərlə qarşılaşmağın mənası yoxdu. İndi çempionatda əsas oyunlar başlayır. Dubayda toplanış keçməyə dəymirdi. AFFA bu toplanışa böyük pullar xərcləyir. Amma nəticəsi yoxdu. Ondansa futbolçular klublarında qalardılar, forma yığardılar. Belə komandalarla oyunlar yığmamıza uğur qazandırmayacaq.
- Berti Foqtsun fikrincə, bu oyunlar gənc futbolçulara özlərini göstərmək və təcrübə toplamaq üçün faydalıdı...
- Əgər Foqts belə hesab edirsə, o, bunu həyata keçirmək hüququna malikdi. Amma mənim fikrimcə, bu üç oyun yığmaya heç bir fayda verməyəcək. Hesab edirəm ki, bu toplanış Bakıda keçirilsəydi, daha yaxşı olardı. Onda məşqçilər də yığmanın hazırlığını daha rahat izləyərdilər. Yoxsa ki, hər kəs əlavə xərcə çəkərək, Dubaya getməli olur. Bəs hanı nəticəsi?
- Artıq yeddi klubun baş məşqçisi Dubaya gedib...
- Mən heç yerdə belə şey görməmişəm. Məşqçilərin əksəri bildirirdi ki, indi çempionatın qızğın dövrü olduğundan, bu səfərə yollana bilməyəcəklər. İki turdan sonra altılıq oyunları start götürür. Buna görə məşqçilər də komandalarının yanında olmalıdılar. Yəni Dubaya gedib, Foqtsun məşqlərini izləmək belə vacib idi?
- Siz yığmamızın bəzi üzvləri ilə bağlı yaranan qalmaqaldan xəbərdarsız?
- Toplanış zamanı futbolçular bütün qaydalara əməl etməlidilər. Hətta istirahət günlərində də onlar siqaret çəkmək, içki içmək hüququna malik deyillər. Onların bu hərəkəti yığmaya və AFFA-ya hörmətsizlikdi. Biz Antalyada toplanışda olanda, heç kim belə bir hərəkətə yol verə bilməzdi.

- Siz də yığmada olanda nə vaxtda qaydanı pozmusuz?
- Yığmada intizama hər kəs əməl etməlidi. Milliyə düşmək hər kəsin arzusu idi. Klublarda ola bilər, kiçik qayda pozuntuları olurdu. Amma yığmada belə etməzdik. Çünki hər hansı səhv addım sonrakı toplanışlarda yığmadan kənarda qalmaqla nəticələnirdi.

- Maraqlıdı ki, intizamı pozanların hamısı legioner futbolçulardı...
- Mən yerli futbolçuların çoxunu tanıyıram. Yığmada çıxış edən futbolçuların əksəri oyun haqda düşünür. Azərbaycanlı futbolçular belə bir şey etməzlər. Hesab edirəm ki, AFFA və yığma rəhbərliyi onları mütləq cəzalandırmalı və bunu bəyan etməlidi. Foqts onları qaçmağa məcbur edirsə, bu, cəza deyil. Qaçmaq onların işidi. Futbol kollektiv oyun növüdü. Burda bir nəfər qaydanı pozursa, hamıya təsir edir. Amma burda birdən-birə beş futbolçu intizamsızlıq edib. Onları yığmadan kənarlaşdırmaq lazımdı. Çünki heç biri yığmamızda oynamağa layiq deyillər.