29 fevral 2012 17:28

“Əhməd Ələsgərovu Azərbaycandan qaçaq salıblar”

“Toplu Bakı” jurnalı tanınmış futbol mütəxəssisləri ilə silsilə müsahibələri davam etdirir. Azerisport.az xəbər verir ki, bu dəfə jurnalın qonağı Asəf Namazov olub.
 
Bu il 60 illik yubileyini qeyd edən futbol veteranlarımızdan biri də Asəf Namazovdu. Oyunçu karyerası ərzində “Dinamo”, “Polad” və “Neftçi”də çıxış etmiş müdafiəçinin məşqçi fəaliyyəti də rəngarəng olub. Ölkəmizdə Naxçıvanın “Araz”, “Bakılı”, Bakının “Dinamo”, “Neftçi” və “Şəmkir” klublarında işləmiş mütəxəssis ölkə xaricində də işləməyə imkan tapıb. Azsaylı legioner məşqçilərimizdən biri olan Namazovun karyerası İranla bağlı olub. Təbrizin “Maşınsazı”, Məşədin “Pəyəm” klublarında çalışmış müsahibimizi daha yaxından tanımaq üçün onunla görüşdük:
 
- İlk öncə bu il keçirəcəyiniz yubiley münasibəti ilə sizi ürəkdən təbrik edirik. Özünüz barədə oxucularımıza  məlumat verərdiniz…
- Mən 1952-ci ildə Bakının göbəyində “Vətən” kinoteatrının arxasında doğulmuşam. Atam Böyük Vətən müharibəsi iştirakçısı, evimizin yaxınlığındakı 189 saylı məktəbdə kimya müəllimi, sonralar isə məktəbin direktoru, anam isə sadə tibb işçisi olub. Buna baxmayaraq mən həmin məktəbdə yox, 190-da oxumuşam. Məhəlləmizdə Azərbaycanın bir çox məşhur şəxsiyyətləri yaşayırdı. İş adamı İsgəndər Xəlilov, yazıçı Hüseyn Hüseynzadə mənim məhəllə uşaqlarım olub.
 6 yaşımda valideynlərim yeni ev aldı və biz “Salyanski kazarma” deyilən əraziyə köçdük. Elə futbolla da  ilk dəfə orada məşğul olmağa başladım. Məhəllə uşaqları ilə  Yaxınlıqdakı Hərbi hissənin həyətindəki əsgərlərə evdən gətirdiyimiz çörək parçalarını verməklə  onlardan top alar və oradakı stadionda futbol oynardıq. Bəzən onlar da bizə qoşulurdu. Məni “Dinamo” futbol məktəbinə isə sonralar məşhur neftçi olan  Alçın Şirinzadə gətirdi. Bu 1961-ci ilə təsadüf edirdi. Burada ilk müəllimin Toğrul Hacıyev oldu. Bu məşhur futbol xadiminin üzərimdə zəhməti böyük olub. Əvvəllər topdaşıyan kimi oyun vaxtı meydançanın kənarında durardım. Bu cürə futbolçuların hansı hisslər keçirdiyini, oyunun tempini duyurduq.
 
- Uşaqlığınızla bağlı bizə bir xatirə danışın…
- 12 yaşım olardı, 1964-cü ilin isti yay aylarından biriydi. Həmin yay Bakıda çox isti keçirdi. Kemiş Leytnant Şmit adına zavodun meydançasında şəhərin müxtəlif yerlərindən gələn komandaların futbol oyunları olardı. “Dinamo”da məşq etdiyim uşaqlardan biri evimizə zəng edib məni həmin gün keçirilən oyuna çağırdı. Onda mən arıq, cılız bir uşaq idim. İndiki təhsil nazirliyinin binasının yerinə çatanda oradakı su kranından su içdim ki, bir az özümə gəlim. Birdən başım hərləndi və özümdən getdim. Yerə yıxılıb 10 dəqiqə huşumu itirmiş vəziyyətdə uzandım. Yanımda futbolçu yoldaşım olmasaydı mən bəlkə də, öləcəkdim. O üzümə su çiləyib məni yaxındakı ağacın altına aparmasaydı kim bilir başıma nə gələrdi. Buna baxmayaraq həmin oyunda oynadım.  Hadisəni ömrümün sonuna kimi unuda bilmərəm.
 
- Peşəkar karyeranız  “Neftçi” ilə bağlı olub. Futbolçu karyeranızı bizimlə bir daha xatırlayın…
- 1963-cü ildən etibarən 6 il müddətində “Dinamo”nun, sonra isə “Polad” və nəhayət “Neftçi”nin  şərəfini qorumuşam. Karyeramın əsas hissəsi “Neftçi” ilə bağlıdır. Buradakı karyerama  1971-ci ildə ilk dəfə klubun əzəvedicilərinin heyətində meydana çıxmaqla başlamışam. Təəssüf ki, 1972-ci ildə “Neftçi” SSRİ Yüksək liqasını tərk etdi. 4 il ikinci dəstədə oynasaq da dahi məşqçi Gennadi Boqdarenko komandakı yenidən yeksək dəstəyə qaytara bildi. 1976-cı ildən 1983-cü ilə kimi SSRİ Yüksək liqasında oynadım. Qeyd edim ki arada – 1981-ci ildə Krasnodar “Kuban”ının şərəfini qorumuşam. Karyeramı isə o dövr üçün nisbətən erkən 31 yaşda bitirdim.
 
- Bir məşqçi kimi futbolumuzun tarixinə nəzər salaraq hansı məşqçiləri dahi sayırsınız?
- Azərbaycan futbolunda ən güclü məşqçilər Əhməd Ələsgərov və  rəhmətlik Ruslan Abdullayev idi. Abdullayev  1986-cı ildə “Neftçi”nin baş məşqçisi idi. Lakin onu işləməyə qoymadılar. Komanda birinci dövrədən sonra 5-ci yerdə olsa da onu çıxartdılar. Ona sağlığında layiqincə hörmət qoymadılar. Əhməd Ələsgərov isə “Neftçi” və “Çernomorets”ə SSRİ çempionatının bürünc medallarını qazandırıb. Milli komandamızın və “Bakı”nın  formalaşdırılmasında onun müstəsna xidmətləri var. Təəssüf ki, bu dahi insanı Azərbaycandan qaçaq salıblar.
 
- Az müddətə olsa da  “Bakı”nın sələfi  “Dinamo” da məşqçi kimi işləmisiniz. Əgər sirr deyilsə 3 turdan sonra ani istefanız barədə qərar nə ilə bağlı idi?
- Açığı bu barədə danışmaq istəməzdim. Rəhbərliklə aramızda fikir ayrılığı oldu, mən getmək qərarına gəldim. Buna baxmayaraq bu klub həmişə mənə doğma olub. Bu gün də Yaşar Seyidovla dostluq münasibətlərimiz davam edir.   Azərbaycanda məşqçi fəaliyyətim ilk olaraq “Dinamo”da olub.
 “Dinamo”nun baş məşqçisi kimi az da olsa fəaliyyətim oldu. 3 oyuna 7 xal toplamışdıq. Maraq üçün deyim ki, qapıçımız Nadir Şükürovla razılaşmışdıq ki, o hər oyunda qol buraxmasa, mən ona 50 dollar verəcəyəm. Nadir isə mən baş məşqçi işlədiyim vaxt qol buraxmadı. IV turda “Neftçi” ilə oynamalıydıq. Bir həftə öncə isə onlar Gəncədə “Kəpəz”lə oynayırdılar. Getdim həmin oyunu izlədim. Klubun prezidenti Əyyam müəllim mənə necə oynayacağımı deyəndə bu xoşuma gəlmədi. Dedi: onda udmalısan. “Neftçi”ni udduq.  Lakin istefa verdim.
 
- “Şəmkir”lə Azərbaycan çempionatının gümüş medallarına sahib oldunuz…
- Bu komandanı 8-ci turdan sonra qəbul etdim. “Şəmkir”lə çempion da ola bilərdik.
 
- Məşqçi fəaliyyətinizin zirvəsi o zaman üçün  hər bir yerli məşqçinin arzusu olan  “Neftçi”də oldu…
- 2000-ci ilin yayında əfsanəvi məşqçi Əhməd Ələsgərov “Neftçi”dən istefa verdi. 2 ay “Neftçi”də baş məşqçi işləmişəm. Bu müddətdə 10 gün düzəməlli məşq keçə bilmədik. O vaxt AFFA prezidenti Fuad Musayevlə aramızda problemlər yaşanırdı. O mənim işləməyimə hər vasitə ilə mane olmağa çalışırdı. Həmin vaxt milli komandanın əsasını “Neftçi”nın futbolçuları təşkil edirdi. Tez-tez  təlim-məşq toplanışları keçirməklə hazırlığımıza mane oldu. İyulun 10-da  “Neftçi” Çempionlar Liqasının təsnifat oyununda “Hit Qoritsa” ilə oynayırdı. Biz uduzduq. Ayın 11-də isə futbolçularım yenidən millinin düşərgəsinə çağrıldı. Oyuna 2 gün qalmış uşaqları qaytardılar. Milli çempionatda “Turan”ı 5-0 udsaq da UEFAı oyununda işimin çətin olacağını bilirdim. “Hit Qoritsa” ilə oyunun 87-ci dəqiqəsinə kimi hesab 1-1 olsa da hesabı saxlaya bilmədik, uduzduq. Mən milli çempionatda uduzmadan istefa verdim.
 
- “Bakı” idman klubu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Azərbaycanda idmana olan dövlət səviyyəsində qayğı göz qabağındadır. Xüsusən də son zamanlar futbola olan diqqəti “Bakı”nın simasında görürük. Burada futbolçular üçün hər cür şərait yaradılıb. Xüsusən də uşaqlarımız üçün. Misal üçün qeyd edim ki, Almaniyada uşaq məşqçilərinin aylıq məvacibi peşəkar komandaların məşqçilərinkindən az deyil. Çünki, futbolun gələcəyi onlardan asılıdır. O təminatlıolmasa obyektiv ola bilməz. “Bakı”nın  heyətində əla futbolçular cəmləşib. Buna baxmayaraq klublarımızın peşəkarlaşmağa ehtiyacı var. İstənilən səviyyədə uğur qazanmaq üçün əsas şərt peşəkarlıqdır. İmkan verilmir ki, o öz bacarığını tətbiq etsin. Qurban Qurbanovdan savayı bu gün uğur qazanan yeri məşqçi yoxdur. Bu futbolumuz üçün təhlükədir. Yerli məşqçilər yetişdirilməlidir. Futbolumuzun inkişafına mane olan faktorlardan biri də, gülməli səslənsə də təbiətdir. Ana təbiət bizdən inciyib. Baxın, Yevlaxda, İmişlidə, Şəmkirdə, Naxçıvanda,  Qazaxda, Bərdədə, Qusarda əla stadionlar olsa da böyük futbol yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.