29 fevral 2012 16:58
Bir oyunun keçirilmə yeri dəyişdirildi
Futbol üzrə Azərbaycan birinci divizionunun 19-cu turunun “Muğan” – “MKT-Araz” oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma Salyan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Qeyd edək ki, bu oyunun əvvəlcədən Neftçala şəhər stadionunda keçiriləcəyi açıqlanmışdı. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14.00-da start götürəcək.
Birinci divizion
19-cu tur
3 mart (şənbə)
Muğan – MKT-Araz
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
