29 fevral 2012 18:04
Yığmamız İrandan qisasını ala bilmədi
Bu gün Şağan Olimpiya İdman Kompleksində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 1996-1997-ci il təvəllüdlü futboçulardan təşkil olunmuş İran yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Şahban Cəbrayılov fərqlənib. Xatırladaq ki, bu komandalar arasında iki gün öncə daha bir görüş keçirilmişdi. Həmin oyunda iranlılar 6:3 hesabıyla qələbə qazanmışdılar.
