29 fevral 2012 19:37
Nasimov Yaponiyada qələbəyə sevindi
DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Özbəkistan milli komandası Yaponiyanın qonağı olub.
“Neftçi”nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi komanda səfərdə qələbə qazanıb – 1:0. Özbəkistan millisinin heyətində 54-cü dəqiqədə Aleksandr Şadrin fərqlənib.
Nasimov meydana start heyətində çıxıb. “Neftçi”nin hücumçusu matçı əvəzedilmədən keçirib.
Qələbə sayəsində xal hesağını 16-ya çatdıran Özbəkistan liderliyini möhkəmləndirib. Yaponiya isə 10 xalla ikinci pilləni tutur. Özbəklər keçirdikləri 6 oyunda məğlubiyyət üzü görməyiblər – 5 qələbə, 1 heç-heçə.
