29 fevral 2012 20:11
Super Liqa klubunda yeni baş məşqçi
Ümit Özatın istefasından sonra “Manisaspor”un yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanı Reha Erginerə tapşırıb.
Erginerlə 1,5 illik müqavilə imzalanıb. O, komandanı bu gün ilk məşqə çıxaracaq.
Qeyd edək ki, Reha Erginer ötən mövsüm “Manisaspor”da baş məşqçi Hikmet Karamanın köməkçisi olub.
