29 fevral 2012 20:27
Nazim Süleymanov: Hakim futboldan xəbərsiz idi
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Fələstinlə yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Əlbəttə, istənilən məğlubiyyət pis təsr bağışlayır. Amma istəməzdik belə olsun. Özünüz də gördünüz ki, hakim futboldan xəbərsiz idi. Fələstinlilərin ilk qolunda oyundankənar vəziyyət var idi. Rəşad Sadiqova verilən qırmızı da diqqətçəkən oldu. Bərbad hakimlik etdilər. Amma futbolçularımız da daha yaxşı oyun nümayiş etdirməyə borclu idilər. Fələstin elə də güclü rəqib deyildi ki, ona uduzaq. Hər halda bu toplanışımız başa çatır. Hazırlıq prosesində əsas məqsədimiz cava oyunçuları sınaqdan keçirmək idi. Bu gecə Berti Foqtsla söhbətimiz olaaq. Növbəti toplanışlar üçün yeni oyunçu çağırmağın vacibliyini müzakirə edəcəyik. Bu toplanışa gələn yeni futbolçular pis təsir bağışlamadılar. Amma səhvlər oldu. Cavanlara təcrübə lazımdı. Onlar məhz belə oyunlarda təcrübə qazanmalıdılar ki, rəsmi oyunlarda daha yaxşı çıxış edə, xal toplaya bilsinlər”.

Cihan Özkaranın çıxışına toxunan Nazim Süleymanov bunları söyləyib: “O, meydana 2-ci hissədə çıxdı. Pis təsir bağışlamadı. Amma hücumçu ələ düşən imkandan maksimum yararlanamağa çalışmalıdı. Hesab 0:1 olarkən, onun qol vurmaq şansı olsa da, yararlana bilmədi. Təəssüf! Hər halda pis təsir bağışlamadı. Qarşıdakı toplanışlara yenə dəvət edəcəyik”.
Premyer Liqa klublarının Dubaya dəvət olunmasından və dünənki görüşdən danışan çalışdırıcı bildirib ki, bu, qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edirdi: “Bildiyiniz kimi, bəzi klublar futbolçularının yığmanın düşərgəsindən yorğun qayıtdığını iddia edirdi. Buna görə də Foqts bütün məşqçiləri dəvət etdi ki, gəlib futbolçularının millinin düşərgəsində necə məşq etdiklərini öz gözləri ilə görsünlər, hər şeydən xəbərdar olsunlar. Görüş zamanı da qarşılıqlı fikir mübadiləsi aparıldı, hərə öz fikrini söylədi”.