29 fevral 2012 20:39
Rauf Əliyev: Biz kifayət qədər yaxşı oynadıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Fələstinlə yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Deməzdim ki, faciəvi oyun oldu. Əslində, bu sözləri hakimin qərarlarına aid etmək daha düzgün olardı. Biz kifayət qədər yaxşı oynadıq. Təəssüf ki, bəxtimiz gətirmədi”.
“Deməzdim ki, faciəvi oyun oldu. Əslində, bu sözləri hakimin qərarlarına aid etmək daha düzgün olardı. Biz kifayət qədər yaxşı oynadıq. Təəssüf ki, bəxtimiz gətirmədi”.
