29 fevral 2012 20:48
Mahir Şükürov: Buna borclu idik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Fələstinlə yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Hakim onların tərəfini saxlayırdı. Hər dəfə rəqibin lehinə fit çalırdı. Amma biz istənilən halda bu oyunda qələbə qazanmalıydıq. Buna borclu idik”.
