29 fevral 2012 20:56
Sadıqov: Hakimin rəqibə simpatiyası bizi özümüzdən çıxarırdı
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Fələstinlə yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Biz oyuna istədiyimiz kimi yaxşı başlaya bilmədik. Daha sonra hakimin rəqibə simpatiya bəsləməyə başlaması bizi özümüzdən çıxarmağa başladı. Rəqib bizi əks-hücumlarda yendi. Bizdə isə sadəcə sonuncu zərbə çatışmırdı”.
