29 fevral 2012 21:04
Qurban Qurbanov: Hələ də başa düşə bilmirəm ki, hakim Rəşadı meydandan niyə qovdu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan yığmasının bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi Fələstinlə yoxlama matçına dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Mən hələ də başa düşə bilmirəm ki, hakim Rəşad Sadiqovu meydandan niyə qovdu? Məhz bu, bizim oyunumuza təsirsiz ötüşmədi. Hakimlik pis ola bilər. Bu, hər iki tərəfin əleyhinə olacağı halda müəyyən qədər başa düşmək olar. Lakin birtərəfli idarəçilik başqa şeydi”.
