29 fevral 2012 21:11
Ufuk Budaq: Həddən artıq passiv idik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Fələstinlə yoxlama matçına dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Məğlubiyyətimizin əsas səbəblərindən biri o oldu ki, biz az hücum etdik. Çox həddən artıq passiv idik. Gələcəkdə daha yaxşı oynamaq lazımdı. Yaxşı nəticələr qazanmaq istəyiriksə, buna borcluyuq”.
