29 fevral 2012 21:27
Rəşad Sadiqov: Bu məğlubiyyətdə faciə görmürəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Fələstinlə yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Məni hakimin qərarı ilə razılaşmadığıma görə meydandan qovdular. Belə şeyi heç yerdə görməmişdim. Fələstinə uduzmalı deyildik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Amma bu məğlubiyyətdə faciə görmürəm”.
