29 fevral 2012 11:25

Rəşad Sadıqov: Dubay havasını sevmirəm

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandamızın Birləşmiş Ərəb Əmirliklərindəki toplanışını və yoxlama matçlarını dəyərləndirib. O, bu gün baş tutacaq Fələstinlə oyunda qələbə qazanmaq istədiklərini deyir:

“Fələstini mütləq məğlub etməliyik. Bu matç FİFA reytinqində də nəzərə alınacaq. Bizim də hazırkı mövqeyimizi yaxşılaşdırmağımız vacibdi”.
 
Hindistanla son oyunumuza toxunan Sadıqov bunları qeyd edib: “Bu oyun bizim istədiyimiz ssenari üzrə keçdi. Biz təkcə üç qol vurmadıq, həm də yaxşı oyun sərgilədik. Mənə elə gəlir ki, Hindistanla qarşılaşmada daha çox hərəkətliydik, daha çox qaçdıq. Hansı ki, Sinqapurla oyunda həmin fəallığı nümayiş etdirməmişdik. Daha az səhvə yol verdik və qələbə qazandıq”.
 
Millinin Dubay toplanışına damğasını vuran qalmaqaldan da danışan kapitan bunları dilə gətirib: “Bununla bağlı komanda daxili iclas oldu. Lakin bu toplantının mahiyyətinin kollektiv içində qalmasını içərdim. Mən heç nə demədim. Həmin gün istirahət edirdik. Hamının şəhərə gəzməyə çıxmaq imkanı var idi. Bu oyunçular oteldə gecə saat 2-3-də olublar. Onlar səhərə qədər gəzməyiblər - sadəcə öz istirahətlərini belə keçirməyi qərara alıblar. Bəli, orada xoşagəlməz anlar olub, ancaq uşaqlar heç kimə hörmətsizlik göstərməyiblər. Əlbəttə, siqaret və alkoqolsuz daha yaxşı olardı”.

Yığmanın lideri komandamızın sıralarına cəlb olunan gənc futbolçuların da çıxışına toxunub: “Hacı Əhmədovun oyunu mənim xoşuma gəldi. O, yığmada debüt matçına çıxsa da, çox inamlı təsir bağışlayırdı. Digər futbolçulardan qətiyyən geri qalmırdı. Hücumlara da fəal qoşulurdu”.

Onun sözlərinə görə yerli hava şəraiti də öz sözünü deyir: “Bu hava məni əldən salır. Çünki lap çox isti havanı sevmirəm. Dubayın da havası ürəyimcə deyil. Bürküdü”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.