1 mart 2012 01:39
İkisi qələbə qazandı, ikisi uduzdu, biri sülh bağladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığması ilə yanaşı, komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqibləri də yoxlama matçlarında qüvvələrini sınayıblar. Azerisport.az həmin oyunlarla sizi də tanış edir.
Qeyd edək ki, seçmə mərhələdə Azərbaycanla birgə G qrupunda mübarizə aparacaq Portuqaliya səfərdə Polşa ilə üz-üzə gəlib. Bu görüşdə hesab açılmayıb. Rusiya da Danimarka ilə rəqib meydanında qarşılaşıb. Lakin şimal qonşularımız qələbəyə seviniblər. Lüksemburq da Makedoniya üzərində əzmkar qələbəyə sevinib. İsrail Ukraynaya, Şimali İrlandiya isə Norveçə uduzub.
Yoldaşlıq oyunları
29 fevral
İsrail - Ukrayna - 2:3 (0:2)
Qollar: Tomer Hemad, 55-pen, Ben Sahar, 63 – Oleq Qusev, 18-pen, Yevgeni Konoplyanka, 45, Andrey Yarmolenko, 61.
Lüksemburq - Makedoniya - 2:1 (0:1)
Qollar: Moris Devil, 57; 90+1 - Qoran Pandev, 25.
Danimarka - Rusiya - 0:2 (0:2)
Qollar: Roman Şirokov, 4, Andrey Arşavin, 45.
Şimali İrlandiya - Norveç - 0:3 (0:1)
Qollar: Nordtveyt, 44, Elyunusi, 88, Ruud, 90+2.
Polşa - Portuqaliya - 0:0 (0:0)
