29 fevral 2012 12:43
Xəzər Lənkəran Bakıya köçür
"Xəzər Lənkəran" sabah Lənkərandan Bakıya gəlir. Azerisport.az xəbər verir ki, komanda "Ramada" otelində məskunlaşacaq və martın 3-də "Sumqayıt"a qarşı baş tutacaq Premyer Liqanın 22-ci tur oyununa hazırlıq məqsədilə toplanış keçirəcək.
Millimizin düşərgəsini səhhətində problem olduğuna görə vaxtından tez tərk edən Elnur Allahverdiyevdən başqa "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdu. "Sumqayıt"la oyuna qədər Elnur tibbi müayinədən keçəcək və onun həmin görüşdə çıxış edə bilib-bilməyəcəyı müəyyən ediləcək.
