29 fevral 2012 00:36

Dubayda son sınaq

Məlum olduğu kimi, futbol üzrə Azərbaycanın əsas yığma komandası fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxacaq.
 
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi isə Fələstin seçməsidi. 1998-ci ildən yaradılan Fələstin milli komandasını ilk dəfə argentinalı Rikardo Karuqati çalışdırıb. Əvvəllər Səudiyyə Ərəbistanı, Mərakeş, Misir, İran, Lixtenşteyn, Vyetnam və Küveyt yığmalarını çalışdıran avstriyalı Alfred Ridl də Fələstin millisində çalışmaq imkanı əldə edib. Fələstin Futbol Federasiyası (FFF) 1998-ci ildən FİFA-nın üzvüdü. Bu ölkənin əsas komandası ilk oyununu İordaniya millisinə qarşı keçirib və həmin görüş 1:1 hesabı ilə başa çatıb. Fələstin milli komandası ilk dəfə Asiya qitəsinin 2006-cı ildə təşkil olunan dünya çempionatının seçmə mərhələsində iştirak edib. Bölgədə müharibə səngimədiyindən, komanda hazırlıqlarını Misirdə, oyunlarını isə Qətərdə keçirirdi.
 
Fələstin milli komandasının yaranması isə yerli iş adamlarının köməkliyi ilə olub. Bununla bağlı yığmanın sabiq çalışdırıcısı Ridl deyir: "Təxminən 10 nəfərə yaxın iş adamı Fələstin yığmasının maliyyə xərclərini öz üzərlərinə götürdü. Mənə də sərfəli təklif irəli sürdülər. Tərəddüd etmədən qəbul etdim. Biz də dünyada bir neçə qəzetə elan verərək Fələstin əsilli futbolçuları üzə çıxarmağa çalışdıq. Çilinin "Palastin"a klubunun fələstinli futbolçuları oynamağa razı oldular. Fələstindən də bəzi oyunçuları seçdik. Məşqlərimizi Fələstində keçə bilməməyimiz isə ölkədə davam edən müharibə ilə bağlı idi. Məhz buna görə hazırlığımızı Misirdə keçirdik".
 
Maraqlıdı ki, Ridl kimi, Fələstin millisinin baş məşqçisi işləmiş digər çalışdırıcıların da ən böyük arzuları İsrail yığmasıyla yoldaşlıq görüşü keçirmək olub.
 
Hazırda Fələstin yığmasına Camal Mahmud başçılıq edir. Fələstin yığması FİFA-nın son reytinq cədvəlində 162-ci, Azərbaycan yığması isə 109-cu mövqedə qərarlaşıb.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2012-ci ildə ilk dəfədi bir araya gəlib. Fələstinlə qarşılaşma 2012-ci ildə üçüncü oyunumuz olacaq. Millimiz bundan bir neçə gün öncə Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistanla üz-üzə gəlmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu ilki ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0.
 
Millimiz bu uğurun davamını Fələstinlə oyunda da gətirməlidi. Berti Foqtsun yetirmələri özündən xeyli zəif rəqibi üzərində qələbə qazanmaqla komandadakı inamı daha da artırmaq şansına malikdilər. Bu, həm də hazırkı toplanışı yüksək əhval-ruhiyyədə başa vurmaq baxımından önəmlidi.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 184-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 31-də qələbə qazanmışıqsa, 45-də də heç-heçə ilə təsəlli tapmışıq. 107 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 127 qol vurduğumuz halda, öz qapımızdan 330 top çıxarmışıq.
 
Onu da qeyd edək ki, baş məşqçi Berti Foqts yığmamızın düşərgəsinə 26 futbolçu dəvət edib. Milliyə dəvət alan oyunçular arasında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Bu futbolçulardan əksəri ilk dəfədi yığmamıza dəvət olunub. Məsələn, Cihan Özkara, Rizvan Umarov, Murad Ağayev və daha bir neçə futbolçu ilk dəfə əsas millimizin sıralarına cəlb olunub. Foqts yığmanın üçüncü qapıçısı Aqil Məmmədova dəvət göndərməyib. Əvəzində “Turan”dan Anar Nəzirov milliyə çağırılıb.
 
“Qəbələ”nin oyunçuları – Vurğun Hüseynov, Arif İsayev, Murad Hüseynov, AZAL-dan Elşən Məmmədov, “Neftçi”dən Ruslan Əmircanov, “Qarabağ”dan Maksim Medvedev, Namiq Yusifov, “Bakı”dan Cəmşid Məhərrəmov və Fabio Luis Ramin toplanışa dəvət almayıb.
 
Yunanıstanın “Panionios” klubunda çıxış edən Araz Abdullayevlə Türkiyənin “Erciyəsspor” klubunda top qovan Amit Quluzadə U-21-ə çağırıldığından əsas millidən kənarda qalıb.
Yığmamıza çağırılan futbolçuların tam siyahısı aşağıdakı kimidi:
 
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt), Anar Nəzirov (Turan);
 
Müdafiəçilər: Bədavi Hüseynov, Hacı Əhmədov (hər ikisi “Sumqayıt”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (Freiburg, Almaniya), Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (İnter);
 
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Nizami Hacıyev, Arif Daşdəmirov (hər ikisi “İnter”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aqil Nəbiyev (AZAL), Murad Ağayev (UGİM 80, Rusiya);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Rizvan Umarov (Deportivo Castelyon, İspaniya), Branimir Subaşiç (Xəzər Lənkəran), Vüqar Əsgərov (Metallurg, Liepaya, Latviya), Cihan Özkara (Sivasspor, Türkiyə).
 
Yoxlama oyunu
29 fevral
 
17:30. Azərbaycan – Fələstin
Hakimlər: Əli Həmad, Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah, Yaqup Qasem.
Dubay. “The Sevens” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.