1 mart 2012 00:54
Qarabağ və AZAL-ın futbolçuları Gürcüstana uduzdu
“Qarabağ” və AZAL-ın futbolçuları yoldaşlıq oyununda uduzub. Azerisport.az xəbər verir ki, Ansi Aqolli və Ervin Bulkunun çağırıldığı Albaniya millisi Gürcüstanla qarşılaşıb.
Oyun gürcülərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstanın heyətində Aleksandr Kobaxidze və Aleksandr Amisulaşvili, Albaniyada isə Edqar Çani fərqlənib.
Həm Ansi Aqolli (Qarabağ), həm də Ervin Bulku (AZAL) meydana start heyətində çıxıb. Aqolli 90 dəqiqə oynadığı halda, Bulku 76-cı dəqiqədə Bakay tərəfindən əvəzlənib.
Qeyd edək ki, “Qarabağ”dan Admir Teli və “Xəzər Lənkəran”dan Elvin Beqiri yığmaya çağırılmamışdı.
