1 mart 2012 01:15
İslandiya yığmasının baş məşqçisi millimizə yenilgidən danışdı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ötən gün keçirilmiş Azərbaycan – İslandiya oyunundan sonra rəqib komandanın baş məşqçisi Tomas Tomasson fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, İslandiya U-21 yığmasının çalışdırıcısı komandasının məğlub olduğu (0:1) oyundan sonra bunları dilə gətirib:
“Birinci hissənin əvvəllərində öz qapımıza çox sıxıldıq. Meydançanın ot örtüyü də imkan verdiyi üçün uzun ötürmələrə üstünlük verərək ikinci mərtəbədə rəqibimizi üstələmək istəyirdik. Azərbaycan yığmasının müdafiə xətti ilə dayaq yarımmüdafiəçiləri arasında boşluq axtarırdıq. Təəssüf ki, istəyimizə nail ola bilmədik”.