1 mart 2012 01:24

Qurban Qurbanov: Foqts onlardan lazım bildiyini tələb edir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş futbol üzrə Azərbaycan və Fələstin yığmaları arasındakı yoxlama matçından sonra millimizin düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Məğlubiyyətin əsas səbəblərini nədə görürsünüz?
- Mən məğlubiyyətin səbəbləri haqda danışmaq istəməzdim. Çünki həmkarımın işini müzakirə etmək mənim haqqım deyil.
 
- Gəlin onda futbolçular haqda danışaq...
- Düşünürəm ki, biz bu gün çox səhvlər buraxdıq. Çoxlu boş sahələr vardı, rəqib özünü çox rahat hiss edirdi. Ancaq bu oyunların keçirilməsində də məqsəd problemləri görmək və onların həllini tapmaqdı.
 
- Bu gün meydanda sizin “Qarabağ”dan olan bir neçə yetirməniz vardı. Onlardan biri - Rəşad Sadiqov qırmızı vərəqə almaqla “fərqləndi”. Deyə bilərsiniz onu nəyə görə meydandan qovdular?
- Düzünü deyim, mən heç nə anlamadım. Əlbəttə, hakimə bəllidi.
 
- Ancaq o, kifayət qədər tərəfkeş hakimlik etdi...
- Tərəfkeş deməzdim. O, hər iki tərəfə səhv etdi. Bizə qarşı daha çox səhv etdi. Ümumiyyətlə hakimlik bu gün kifayət qədər aşağı səviyyədə idi və bu müəyyən mənada oyunun nəticəsində də əksini tapdı.
 
- Sadiqovun qovulmasından sonra yığma necəsə fəallaşdı, sezdiniz?
- Bəli, mən deyərdim ki, biz daha fəal oynamağa başladıq. Futbolda belə olur. Bir oyunçunu oyundan kənarlaşdıranda bütün komanda daha toparlanmış, səfərbər olur.
 
- Sizcə, Fələstin yığması Azərbaycan çempionatında yüksək yerlər uğrunda mübarizə apara bilər?
- Bu suala cavab verə bilmərəm.
 
- “Qarabağ”ın bəzi oyunçularının klubdan fərqli yığmada tam başqa futbol göstərdikləri haqda fikir var. Niyə belə olur?
- Hər bir məşqçinin oyuna öz baxışı var. Foqts onlardan lazım bildiyini tələb edir. Eyni ilə bunu mən də edirəm.
 
- Sirr deyilsə, Berti Foqtsla nə haqda danışırdınız?
- Azərbaycan yığmasının gələcəyini müzakirə edirdik.
 
- Nə qədər uzağa boylandınız?
- Kifayət qədər uzağa. 2016-cı ilə qədər. Klub məşqçiləri Foqtsu istənilən vaxt onların dəstəyinə güvənə biləcəyinə əmin etdilər. Biz öz oyunçularımızı milli komandaya kömək üçün toplanışlara buraxmağa hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.