1 mart 2012 14:03
“Oyundan əvvəl qələbə qazanacağımıza söz vermişdik”
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının və "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov İslandiya yığması ilə oyun barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində qazandıqları ilk qələbə (1:0) ilə bağlı bunları dilə gətirib:
"Oyundan əvvəl də söz vermişdik ki, qələbə qazanacağıq. Dediyimiz kimi də oldu. Komanda yoldaşlarımın əksəriyyəti ilə "Neftçi"də çiyin-çiyinə oynamışam. Ona görə də bir-birimizi başa düşmək sarıdan çətinliyimiz olmadı. Kapitan olmağım məsuliyyətimi daha da artırır. Gərək özüm yaxşı oyun göstərim ki, komanda yoldaşlarıma da deməyə sözüm olsun. Qrupdakı rəqiblərimizin hamısı ilə layiqli mübarizə apara bilərik. Çalışacağıq ki, bu qələbəmizin ardı gəlsin".
