1 mart 2012 14:26

Yığmamız 6 pillə geriləyə bilər

FİFA-nın rəsmi saytı hələ də futbol üzrə Azərbaycan və Fələstin yığmaları arasında ötən gün keçirilən yoldaşlıq oyununu rəsmi siyahıya salmayıb. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu yığmamızın son yoxlama matçı kimi Hindistan üzərində qazandığı qələbəni (3:0) göstərir.

Bu isə Fələstinlə oyunun nəticəsinin ləğv olunacağına dair proqnozları daha da gücləndirir. Məsələ burasındadı ki, komandamızın 0:2 hesabıyla uduzduğu görüşün baş hakimi bir gün öncə dəyişdirilib. Bu qarşılaşmanı idarə edən Birləşmiş Ərəb Əmirliklərindən olan hakim isə yığmamıza qarşı ədalətsiz qərarları ilə komandamızın məğlubiyyətində mühüm rol oynayıb.

Hələlik, FİFA-nın bu qalmaqallı məsələ ilə bağlı hansı yekun qərarı çıxaracağı məlum deyil. Lakin görüşün nəticəsi bu qurum tərəfindən nəzərə alınsa, millimizin mart ayı üçün açıqlanacaq reytinq siyahısında 6 pillə geriləməsi ehtimalı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.