1 mart 2012 14:44
UEFA Türkiyə klubunu 4 illik cəzalandırdı
UEFA Türkiyəyə ilk zərbəsini vurub. Azerisport.az xəbər verir ki, maliyyə məsələlərində problemlər olduğu üçün Super Liqa təmsilçisi “Gazientepspor” 4 il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.
Türkiyə Futbol Federasiyasına məktubla müraciət edən UEFA bu məsələ ilə “Gazientepspor” klubunun məlumatlandırılmasını tələb edib. Qitə futbol qurumu həmçinin verilmiş cəzanın ləvğ edilməyəcəyini də bildirib.
Son zamanlar UEFA ilə ciddi problemlər yaşayan Türkiyə Futbol Federasiyasının keçmiş vəkili olan Hüsnü Güreli son açıqlamasında bir çox klubun, maddi və təşkilati məsələlər baxımından UEFA-nın kriteriyalarına uyğun gəlmədiyini və cəzalana biləcəyini qeyd etmişdi. UEFA həmçinin “Beşiktaş”a da ciddi xəbərdarlıq edib. Bu klubun da futbolçularının maaşlarını vaxtında verə bilməməsinə dair problemlərini yoluna qoyması tələb olunur.
